"Sizin nümayəndə heyətini biz gətirərik" - Lukaşenko
Aİİ sammitinə onlayn qatılan Nikol Paşinyan bəyan edib ki, Ermənistan nümayəndə heyəti Aİİ-nin növbəti sammitində iştirak etmək üçün Minskə getməyəcək, lakin uzaqdan iştirak edəcək.
Xeberlent.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Lukaşenko isə ona cavabında bildirib ki, Minsk çox da uzaqda deyil: "Burada nə problem var? Məgər Minsk çox uzaqdadır? Bəlkə sizi gətirə biləcək kimsə yoxdur? Ehtiyac olsa, sizin nümayəndə heyətini biz gətirərik".